İstanbulun Böyükçəkməcə rayonunda (Büyükçekmece) torpaq sürüşməsi baş verib.
Qaziler.az bildirir ki, bu barədə turkiyegazetesi.com xəbər verir.
Daxil olan xəbərdarlıq əsasında hadisə yerinə yanğınsöndürmə, tibb və polis qrupları cəlb olunub. Torpaq altında qalanların xilas edilməsi üçün işlərə başlanılıb. Qruplar Böyükçəkməcədə yol kənarındakı yaşıllıq zonada baş verən torpaq sürüşməsinə müdaxilə edir.
Mimarsinan məhəlləsində yol kənarındakı yaşıllıq ərazidə hələlik müəyyən edilməyən səbəbdən torpaq sürüşməsi qeydə alınıb.
Daxil olan xəbərdarlıq əsasında bölgəyə tibb, yanğınsöndürmə, polis, AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) və UMKE (Milli Tibbi Xilasetmə Qrupu) əməkdaşları cəlb olunub.
Polis qrupları hadisə yerini təhlükəsizlik lenti ilə bağlayaraq tədbirlər görüb. Torpaq altında qalanların olub-olmadığını müəyyən etmək məqsədilə axtarış-xilasetmə işlərinə başlanılıb.
Qruplar təlim keçmiş axtarış itləri və xüsusi texnikalarla bölgədə işlərini davam etdirirlər.
QAZİLER.AZ

