Hər gün badam yesəniz...

Hər gün badam yesəniz... backend

Hər gün badam yemək yuxu pozğunluğundan əziyyət çəkən yetkin şəxslərdə yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçılar bu qənaətə randomizə edilmiş nəzarətli araşdırmanın nəticələrinə əsasən gəliblər.

Elmi iş "Frontiers in Nutrition" (Front Nutr) jurnalında dərc olunub. Eksperimentdə yuxunun pis olmasından şikayətlənən 21-55 yaş arası 175 nəfər iştirak edib. Beş ay ərzində bir qrup hər gün badam, digər qrup isə eyni kalorili qəlyanaltı qəbul edib.

Araşdırmadan əvvəl və sonra alimlər sorğu vərəqələri və polisomnoqrafiya (insanın yuxu rejimini və yuxu zamanı bədəndə baş verən dəyişiklikləri öyrənən ən hərtərəfli və dəqiq tibbi müayinə metodu - red.) vasitəsilə yuxunun keyfiyyətini qiymətləndirib, həmçinin melatonin səviyyəsini və digər biokimyəvi göstəriciləri ölçüblər.

Müntəzəm olaraq badam istehlak edən iştirakçıların subyektiv yuxu keyfiyyəti nəzarət qrupuna nisbətən daha yüksək olub. Onlar daha tez yuxuya gedib, gecələr daha az oyanıb və öz yuxu səmərəliliyini daha yüksək qiymətləndiriblər. Bundan əlavə, onlarda Pittsburq Universitetinin yuxu keyfiyyəti şkalası üzrə ümumi bal daha aşağı, yuxu və oyanıqlıq dövrünü tənzimləyən hormon olan melatonin səviyyəsi isə daha yüksək olub.

QAZİLER.AZ