Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Britaniyanın xarici işlər naziri Ed Milibandı yeni vəzifəsi münasibətilə təbrik edib və regional və qlobal hadisələri müzakirə edib.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan ingiltərəli həmkarı Miliband ilə telefonla danışıb.
Hakan Fidan həmkarı Milibandı yeni vəzifəsi münasibətilə təbrik edib.
Görüşdə həmçinin Qəzza başda olmaqla Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsindəki son proseslər dəyərləndirilib. Görüşdə həmçinin regionda davam edən münaqişələrin sona çatdırılmasına yönəlmiş səylər müzakirə olunub.
QAZİLER.AZ

