Rusiya Dnepri vurdu, ərzaq anbarları yanır

Rusiya Dnepri vurdu, ərzaq anbarları yanır backend

Zərbə nəticəsində itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Avqustun 3-də Rusiya işğalçıları Dneprə zərbə endiriblər. Atəş nəticəsində ərzaq anbarları yanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın bəyanatına istinadən xəbər verir.

"Düşmən Dneprə hücum etdi. Ərzaq məhsulları olan anbarlar yandı", - deyə o bildirib.

Qanja qeyd edib ki, hazırda düşmən hücumu nəticəsində xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.

QAZİLER.AZ