"Əziz vətəndaşlar, həmkarlar, hörmətli jurnalistlər və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu gündən etibarən, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə mən hökumət başçısının mətbuat katibi vəzifəsinin icrasına başlayıram. Paşinyana göstərdiyi etimada və bu məsuliyyətli işi mənə həvalə etdiyinə görə təşəkkür edirəm".
Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin yeni təyin olunmuş mətbuat katibi Melaniya Arutyunyan öz "Facebook" səhifəsində yazıb.
O, xüsusilə bunları qeyd edib:
"İctimai kommunikasiya dövlət idarəçiliyinin ən mühüm tərkib hissələrindən biridir. Əminəm ki, jurnalistlər və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı hörmətə, peşəkar məsuliyyətə və konstruktiv əməkdaşlığa əsaslanan iş ictimaiyyətin tam və vaxtında məlumatlandırılmasına, həmçinin Ermənistan Respublikasının və vətəndaşlarımızın rifahı naminə açıq, effektiv və etibarlı ünsiyyətə töhfə verəcəkdir.
Üzərimə düşən missiyanın məsuliyyətini dərk edirəm, onu vicdanla və ləyaqətlə yerinə yetirmək üçün bütün potensialımı ortaya qoymağa çalışacağam.
Ermənistan Respublikasına xidmət edirəm!".
QAZİLER.AZ

