Ukrayna ordusu Rusiyanın strateji obyektlərinə zərbələr endirib

Ukrayna ordusu Rusiyanın strateji obyektlərinə zərbələr endirib backend

Ukrayna Müdafiə Qüvvələri avqustun 2-nə keçən gecə Rusiya Federasiyasının Saratov vilayətində neft emalı zavoduna və "Engels" aerodromuna zərbə endirib.

 

"Report"un verdiyi məlumata görə, obyektlərdə sonradan yanğınla müşayiət olunan zərbələr qeydə alınıb.

 

Qeyd olunub ki, Saratov NEZ Volqaboyu regionunun ən iri neft emalı müəssisələrindən biridir və hərbi-sənaye kompleksinin, eləcə də Rusiya Silahlı Qüvvələrinin tələbatlarının təmin edilməsində iştirak edir.

 

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Saratov vilayətində yerləşən "Engels" aerodromuna zərbə endirib. Hərbi qurumun iddiasına görə, bu hava limanı Rusiyanın strateji aviasiyasının əsas bazalarından biridir və burada Ukraynaya raket zərbələri endirmək üçün mütəmadi istifadə olunan Tu-95MS və Tu-160 bombardmançıları yerləşdirilir.

 

Bundan başqa Rusiyanın Kaluqa vilayətinin Lyudinovo şəhərində yerləşən "Lyudinovskaya" neft bazası, eləcə də Bryansk vilayətinin Navlya rayonu yaxınlığında zərbə PUA-larının saxlanması, hazırlanması və buraxılması məntəqələri zərbələrlə məruz qalıb.