Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib - YENİLƏNİB

Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib - YENİLƏNİB backend

Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib.

 

APA xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu barədə müvafiq fərmanı imzalayıb.

 

Fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

 

 

***

 

saat 14.08

 

Ermənistanda parlament seçkiləri ilə əlaqədar yeni formalaşacaq hökumətin baş naziri postuna namizəd irəli sürülüb.

 

APA xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

 

Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.

 

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.