Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin gələcəyinin İran xalqı tərəfindən müəyyən ediləcəyini bildirib.
Qaziler.az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.
Pezeşkian yazıb ki, iki il əvvəl fəaliyyətə başlaması İsrail tərəfindən öldürülən “sevimli qonaq”ın (red. HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə) qətli ilə eyni dövrə təsadüf edib.
Prezidentin sözlərinə görə, həmin vaxtdan bəri İrana “məcburi müharibələr”, ardıcıl təzyiqlər və düşmənçiliklər tətbiq olunub.
“Bütün bu çətin günlərdə əsl qəhrəmanlar İran xalqı oldu. İranın gələcəyini də məhz İran xalqı müəyyən edəcək”, – deyə Pezeşkian paylaşımında vurğulayıb.

