Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa XİN-ə çağırıldı backend

Polşa XİN ölkə ərazisinə raket düşməsi səbəbindən Rusiya səfirini çağırıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə respublikanın baş naziri Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Bu gün Polşa Xarici İşlər Nazirliyi dünən Polşa ərazisində baş vermiş raket zərbəsi ilə əlaqədar Rusiyanın səfirini çağırıb"., - o, yazıb.

Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Svetlana Jurova isə Varşavanın ittihamlarını əsassız adlandırıb. Onun sözlərinə görə, Polşa rəhbərliyi üçün vətəndaşlarına Rusiyadan gələn təhlükəni aşılamaq və bununla da müdafiəyə ayrılan yüksək büdcə xərclərinə bəraət qazandırmaq vacibdir.

QAZİLER.AZ