Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm"

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm" backend

Ermənistanın Baş naziri Nikol Paşinyan keyfiyyətinə şübhə etdiyi üçün respublikada yetişdirilən balıqları yemədiyini bildirib. 

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

"Bu, səs-küyə (ajiotaja) səbəb olacaq, lakin mən artıq uzun müddətdir ki, burada yetişdirilən balıqları istehlak etmirəm. Çünki orada problemin olduğu mənim üçün gün kimi aydındır", – deyə o qeyd edib.

Paşinyan yerli balıqlardan imtina etməsi barədə məhsulların ixracına qoyulan məhdudiyyətlər səbəbindən balıqçılıq təsərrüfatlarına dövlət dəstəyi məsələsinin müzakirəsi zamanı danışıb.

QAZİLER.AZ