SSRİ milli komandasının basketbol üzrə Olimpiya çempionu vəfat edib

SSRİ milli komandasının basketbol üzrə Olimpiya çempionu vəfat edib backend

Əfsanəvi sovet basketbolçusu, 1972-ci il Olimpiya çempionu və SSRİ-nin əməkdar məşqçisi İvan Edeşko 81 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə 30 iyulda Mərkəzi Ordu İdman Klubu Moskva peşəkar basketbol klubunun mətbuat xidməti məlumat verib.

"Klubumuzun oyunçuları, məşqçiləri, işçi heyəti və azarkeşləri adından İvan İvanoviçin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Əlvida, Əfsanə!" - MOİK Moskva basketbol klubunun saytında bildirilib.

İvan Edeşko 1945-ci ildə Belarus SSR-in Qrodno vilayətində anadan olub. O, oyunçu karyerasına Minsk "Spartak" və RTI komandalarında başlayıb və 1970-ci ildə MOİK Moskvaya keçib və 1980-ci ilə qədər orada oynayıb, Avropa Çempionlar Kubokunu və səkkizqat SSRİ çempionluğunu qazanıb.

QAZİLER.AZ