Polşada Zelenskini öldürməyə çağırış edən şəxs həbs edilib

Polşada Zelenskini öldürməyə çağırış edən şəxs həbs edilib backend

Saxlanılan şəxs emosiyaların təsiri altında hərəkət etdiyini bildirib.

Polşada hüquq-mühafizə orqanları sosial şəbəkələrdə Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına təhqirlər yağdıran və onu öldürməyə çağırış edən 40 yaşlı kişini saxlayıblar.

Qaziler.az bildirir ki, bu barədə "RMF FM" radiosuna məlumat yayıb.


Kiçik Polşa (Małopolska) voevodalığının polisləri 40 yaşlı şübhəlinin internetdə törətdiyi qanun pozuntularına dair sübut toplayıblar.

Saxlanılma hadisəsi iyulun 30-da baş tutub. Saxlanılan şəxsə iki epizod üzrə ittiham elan edilib:

  • Qəsdən adam öldürməyə açıq şəkildə təhrik etmə;
  • Ukrayna prezidentini təhqir etmə.

İstintaq hərəkətləri zamanı həmin şəxs günahını etiraf edib və peşman olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarına izahatında qeyd edib ki, paylaşımları emosiyaların təsiri altında edib və hazırda törətdiyi əməldən peşmandır.

QAZİLER.AZ