Antalya şəhərinin Alanya rayonunda baş verən meşə yanğınının söndürülməsi üçün həm havadan, həm də qurudan müdaxilər davam edir.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Antalyanın Alanya rayonunun Sapadere məhəlləsindəki meşəlik ərazidə dünən başlayan və daha sonra geniş bir sahəyə yayılan yanğına gecə boyu qurudan müdaxilə edilib.
Səhərin ilk işıqları ilə birlikdə yanğına havadan müdaxilə yenidən başlayıb. Meşə Təsərrüfatı Regional İdarəsinə aid hava və quru nəqliyyat vasitələri, həmçinin yanğınsöndürmə briqadalarının yanğına müdaxiləsi davam edir.
Antalya valiliyi yanğınsöndürmə işlərində 150 briqada, 786 şəxsi heyət, 244 nəqliyyat vasitəsi, 2 təyyarə və 12 helikopterin fəaliyyət göstərdiyini açıqlayıb. Antalya'nın Alanya rayonunun Sapadere məhəlləsindəki meşəlik ərazidə dünən hələlik müəyyən edilməyən səbəbdən yanğın baş vermiş, briqadalar havadan və qurudan müdaxiləyə başlamışdı.
QAZİLER.AZ

