Ermənistanda tomat pastasının idxalı qadağan edildi

Ermənistanda tomat pastasının idxalı  qadağan edildi backend

Ermənistan hökuməti tomat pastasının idxalına altı aylıq qadağa qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Mətbuat xidmətindən bildirilib ki, bu qərar, xüsusilə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin məhsullarına da şamil olunacaq. Belə tədbirlərin görülməsi tomat pastası idxalçıları ilə yerli istehsalçılar üçün bərabər rəqabət şəraitinin təmin edilməsi zərurəti ilə bağlıdır. Hökumət, həmçinin bu yolla pomidor tədarükü (satınalınması) prosesini tənzimləmək niyyətindədir.

Nazirlər Kabinetindən əlavə ediblər ki, qadağa avqustun 3-dən qüvvəyə minəcək.

QAZİLER.AZ