İyulun 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə seçkilərdən sonrakı ilk telefon danışığını uğurlu adlandırdı.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verib.
"Dialoq baş tutdu; uzun söhbətimiz oldu. Ən azı bir sıra məsələlərdə anlaşma əldə etdik", - deyə Paşinyan Armenpress xəbər agentliyinin YouTube kanalında yayımlanan brifinqində bildirib.
Onun sözlərinə görə, Ermənistanın özü üçün alternativlər formalaşdırmağa legitim hüququ var.
O, Rusiya prezidentinə İrəvanın bu yolla getmək niyyətində olduğunu bildirib, xüsusən də Ermənistan xalqının seçkilərdə buna səs verdiyini nəzərə alaraq. Paşinyan vurğulayıb ki, öz siyasəti nəticəsində Ermənistanın seçim imkanının olmadığı bir vəziyyətə düşməsini təsəvvür etmir və ölkənin alternativlərinin olmadığı dövrün keçdiyini bəyan edib.
QAZİLER.AZ

