Ukrayna hazırda ölkədə tüğyan edən böyük yanğınların söndürülməsində Fransaya kömək etməyə hazırdır.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı 29 iyulda fransalı həmkarı Emmanuel Makronla telefon danışığının təfərrüatlarını açıqlayıb.
"Emmanuel Fransadakı böyük yanğınlar barədə danışıb. Ukrayna Rusiya təcavüzünə qarşı mübarizəmizin bu illərində bizə kömək edənlərə həmişə kömək etməyə hazırdır. Mən Fransaya lazımi köməyi təklif etdim", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna mütəxəssisləri yanğınsöndürmə işlərinə qoşula bilərlər.
Bundan əlavə, Ukrayna prezidenti Ağ Evdə və ABŞ Senatında keçirdiyi görüşlərin təfərrüatlarını Makronla bölüşüb.
Zelenski hesab edir ki, Ukraynanı sülhə yaxınlaşdıra biləcək hər fürsətdən istifadə etmək və ortaq səyləri əlaqələndirmək vacibdir.
QAZİLER.AZ

