Sergey Lavrov təxminən 20 illik ekstremal hobbisi barədə danışıb - VİDEO

Sergey Lavrov təxminən 20 illik ekstremal hobbisi barədə danışıb - VİDEO backend

Rusiya XİN rəhbəri Sergey Lavrov təxminən 20 ildir məşğul olduğu ekstremal hobbisi barədə danışıb. 


Qaziler.az bildirir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov dağ çaylarında ekstremal üzmə (raftinq) üzrə çoxillik hobbisi barədə məlumat verib. O, təxminən iyirmi il ərzində hər yay mövsümünü Altay Respublikasındakı Katun çayında keçirdiyini bildirib.

"Katunda biz demək olar ki, 20 il keçirdik – qışları deyil, məhz yayları nəzərdə tuturam. Orada çoxlu dostlarımız var və o bölgə fantastik bir yerdir", – deyə XİN rəhbəri müsahibəsində qeyd edib.

Lavrovun sözlərinə görə, onda raftinqə maraq hələ 1980-ci illərin ortalarında Başqırdıstandakı Belaya çayına səfərindən sonra yaranıb.

QAZİLER.AZ