Sibiqa İsrail xarici işlər naziri ilə danışıb

Sibiqa İsrail xarici işlər naziri ilə danışıb backend

Sibiqa İranla gərginliyin artması fonunda İsrail xarici işlər naziri ilə danışıb.

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bu gün, iyulun 29-da İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən "RBK-Ukrayna" məlumat yayıb.

Sıbiqa Saara Rusiyanın Qara dənizdə mülki gəmilərə və gəmiçilik azadlığına qarşı terroru eskalasiya etməsi (şiddətləndirməsi), həmçinin bunun qlobal ərzaq təhlükəsizliyinə, xüsusən də idxalçı ölkə kimi İsrailə olan nəticələri barədə məlumat verib.

"Mən həmçinin həmkarıma Babı Yar faciəsinin 85-ci ildönümü münasibətilə keçiriləcək anım tədbirlərinə hazırlıq barədə danışdım. Biz yüksək səviyyədə təmasları saxlamaq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik", – deyə Ukrayna XİN rəhbəri qeyd edib.

QAZİLER.AZ