Türkiyə İraqın ehtiyacı olan müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.
R.T. Ərdoğan İraqla ötənilki ticarət dövriyyəsinin 17 milyard dollar olduğunu bildirərək bunu artırmaq istədiklərini qeyd edib.
O həmçinin bildirib ki, İraq Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.
"Cənab nazir: "Türkiyəyə neft verə bilərik, bir milyon barel. Başqa yerə möhtac olmayın", - dedi. Elədir, başqa yerə möhtac olmağa ehtiyac yoxdur. Qonşuyuq. İnşallah, bir milyon barel neft tədarükü ehtiyacımızı qarşılayacaq", - Türkiyə Prezidenti vurğulayıb.

