Ermənistanda rusiyalılar arasında mənzil kirayəsi və alışına tələbatın kəskin artması qeydə alınıb. Rieltorlar bu vəziyyəti Rusiyada "qismən səfərbərlik" elan edildiyi 2022-ci ildəki kütləvi miqrasiya ilə müqayisə edirlər.
Qaziler.azbildirir ki, bu barədə "Verstka" məlumat yayıb.
Yerli daşınmaz əmlak mütəxəssislərinin məlumatına görə, son üç ayda İrəvanda mənzil kirayəsinin qiyməti təxminən 30% artıb. Bunun əsas səbəbi ölkəyə gələn Rusiya vətəndaşlarının fasiləsiz axınıdır.
"Tələbat həddindən artıq böyükdür. İrəvanın daşınmaz əmlak bazarında yaranmış vəziyyətə görə bizdə qiymətlər sadəcə ağlasığmaz dərəcədə yüksəkdir", – deyə mütəxəssislərdən biri bildirib.
QAZİLER.AZ

