İstanbulda erməni kilsəsi açılacaq

İstanbulda erməni kilsəsi açılacaq backend

İstanbulun Beykoz rayonunda birillik bərpa işlərindən sonra “Surb Nikoqayos” (Müqəddəs Nikolay) erməni kilsəsi yenidən açılacaq.


Kilsə 1776-cı ildə inşa edilib və bu il onun tikilməsinin 250 illiyi qeyd olunur.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mediasına istinadən www.akunq.net saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, kilsə bu il avqustun 7-də yenidən qapılarını açacaq. Həmin gün Konstantinopol erməni patriarxı Saak Maşalyan kilsənin yenidən təqdis olunma ayinini icra edəcək, 2 gün sonra, yəni avqustun 9-da isə bərpadan sonra burada ilk liturgiya (dini ibadət) keçiriləcək.

Kilsənin bərpası kilsə fondu tərəfindən həyata keçirilib, bərpa prosesini isə İstanbulun tanınmış erməni arxitektoru Nazar Binatlı reallaşdırıb. Bərpa işləri çərçivəsində kilsənin damı və pəncərələri təmir edilib, zəng qülləsi isə arxiv fotoları əsasında əvvəlki görkəmində yenidən qurulub.

QAZİLER.AZ