Tehranın İstiqlal hotelində yanğın baş verib, 7 nəfər tüstüdən zəhərlənib

Tehranın İstiqlal hotelində yanğın baş verib, 7 nəfər tüstüdən zəhərlənib backend

Tehranın şimalında yerləşən ən böyük hotellərdən biri olan İstiqlal otelində bu gün günorta saatlarında yanğın baş verib.

Qaziler.az-ın apa-ya istinadən məlumatına görə, Tehran Təcili Tibbi Yardım Xidməti bildirib ki, hadisədən sonra xilasetmə və yardım qüvvələri əraziyə göndərilib.

Məlumata görə, yanğın hotelin 600 kvadratmetrlik anbar sahəsində baş verib və hazırda yanğınsöndürmə qüvvələri alovun söndürülməsi istiqamətində iş aparırlar.

Hadisə nəticəsində indiyədək 7 nəfər tüstüdən zəhərlənib, onlardan 3-ü müalicənin davam etdirilməsi üçün xəstəxanaya yerləşdirilib.