Kiyevin "Dinamo" komandası Rusiya bayrağı ilə bağlı UEFA-ya şikayət etdi

Kiyevin "Dinamo" komandası Rusiya bayrağı ilə bağlı UEFA-ya şikayət etdi backend

Kiyev "Dinamo"su Avropa Liqası matçında Rusiya bayrağı ilə bağlı UEFA-ya şikayət edib.

Kiyevin "Dinamo" futbol komandası, Yunanıstanın PAOK klubunun azarkeşlərinin Polşada Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Rusiya bayrağı asması səbəbindən Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) şikayət edib.

Qaziler.az bildirir ki, bu barədə komandanın saytında məlumat verilib.

Kiyev "Dinamo"su hadisəni "şüurlu təxribat" adlandırıb və UEFA-nı buna qiymət verməyə çağırıb.

Klub futbolun ölkələri və xalqları birləşdirməli olduğunu vurğulayıb, həmçinin Rusiya komandalarını avrokuboklarda iştirakdan kənarlaşdıran UEFA-nın mövqeyini xatırladıb.

"Dinamo"nun bəyanatında o da qeyd olunur ki, hətta PAOK-un oyunçuları da azarkeşləri dayandırmağa çalışıb və onları Rusiya simvollarını yığışdırmağa çağırıblar.

Kiyev klubu Avropa futbol qurumlarının da eyni prinsipiallığı nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. 

Kiyev "Dinamo"su ilə PAOK arasındakı oyun iyulun 23-də Polşanın Lyublin şəhərində baş tutub. Matç Yunanıstan komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu iyulun 30-da Yunanıstanda keçiriləcək.

QAZİLER.AZ