Rusiya ordusu Ukraynanın iki yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynanın iki yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətindəki Kommunarovka və Donetsk vilayətindəki Torskoye yaşayış məntəqələrini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə 27 iyulda Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda əməliyyatların Rusiya ordusun "Şərq" və "Mərkəz" qrupu bölmələri tərəfindən yerinə yetirildiyi bildirilir.

Verilən açıqlamada o da qeyd olunur ki, "Şərq" qüvvələr qrupunun qoşunları Ukrayna Silahlı Qüvvələrini məğlub edib. "Düşmən 380-ə qədər əsgər, üç döyüş maşını və bir artilleriya qurğusu itirib".

QAZİLER.AZ