İyulun 24-də Ermənistanın Vayotsdzor vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Qaziler.az "Shamshyan.com"a istinadla xəbər verir ki, Erasx-Meğri avtomobil yolunun Saravan yaşayış məntəqəsi yaxınlığından keçən hissəsində, saat 17:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin balansında olan təcili tibbi yardım avtomobili hələlik məlum olmayan səbəblərdən aşıb.
İlkin məlumatlara görə, sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
QAZİLER.AZ

