Türkiyədə iki ailə arasında silahlı dava: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyədə iki ailə arasında silahlı dava: 2 nəfər ölüb, 5 nəfər yaralanıb backend

Türkiyənin Aydın vilayətinin Söke rayonunda iki ailə arasında qarşıdurma qanla bitib. 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Alınan məlumata görə, Kamalpaşa məhəlləsində qız alma məsələsinə görə aralarında düşmənçilik olan iki ailə arasında mübahisə düşüb.

Davaya çevrilən hadisə zamanı tərəflər bir-birinə odlu silahdan atəş açıblar.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə jandarma və tibb qrupları cəlb olunub.

Güllə yarası alan 7 nəfər xəstəxanalara çatdırılıb.

Yaralılardan 38 yaşlı Umut Cabaş xəstəxanada edilən müdaxilələrə baxmayaraq, həyatını itirib. U.Cabaşın hadisəni eşitdikdən sonra davanı ayırmağa getdiyi və bu zaman güllələrə hədəf olduğu öyrənilib.

Daha sonra yaralılardan Doğan Işık da müalicə olunduğu Söke Fehime Faik Kocagöz Dövlət Xəstəxanasında vəfat edib. Hadisə ilə bağlı 4 nəfəri saxlayan polis, xəstəxanalarda tərəflərin yaxınları arasında hər hansı bir insidentin yaşanmaması üçün geniş təhlükəsizlik tədbirləri görüb.

QAZİLER.AZ