Sosial mediada Rusiyanın hərbi-sənaye kompleksinin mühüm obyektinə zərbə endirən Ukraynaya məxsus "Flamingo" raketinin buraxılış kadrları yayılıb.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" "Fire Point" şirkətinin bəyanatına istinadən məlumat yayıb.
Videoda raketin start anı əks olunub. Raket, "PKO Almaz-Antey" konserninin tərkibinə daxil olan "Avitek" maşınqayırma müəssisəsini vurub.
Zavod aviasiya komponentlərinin, zenit idarəolunan raketlərin, hədəf-raketlərin, katapult oturacaqlarının və digər aviasiya sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
QAZİLER.AZ

