Türkiyədə iki mikroavtobus toqquşub: Ölən və çox sayda yaralı var

Türkiyədə iki mikroavtobus  toqquşub: Ölən və çox sayda yaralı var backend

Manisanın Şehzadeler rayonunda iki mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb.

Türkiyənin Manisa-Turqutlu avtomobil yolunun Qaraoğlanlı məhəlləsi yolayrıcı yaxınlığında H.T.-nin idarə etdiyi midibüs (kiçik tutumlu avtobus) ilə B.Y.-nin idarəetməsindəki panelvan (furqon) toqquşub.

Daxil olan xəbərdarlıq əsasında hadisə yerinə dərhal təcili tibbi yardım, polis, jandarm və yanğınsöndürmə briqadaları cəlb olunub. Qəza nəticəsində midibüsdə olan Asım Girgeç hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alan hər iki sürücü və midibüsdəki daha 8 nəfər təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıb.

Dəhşətli qəza anı midibüsün daxili kamerası tərəfindən anbaan lentə alınıb.

QAZİLER.AZ