Dağıstanda sərnişin qatarı minik avtomobili ilə toqquşub.
Dağıstanda Mahaçqaladan Dərbənd istiqamətinə hərəkət edən şəhərətrafı sərnişin qatarı minik avtomobili ilə yol-nəqliyyat hadisəsinə uğrayıb.
Qaziler.az bildirir ki, hadisənin təfərrüatlarını Şimali Qafqaz Dəmir Yolunun "Telegram" kanalı yayıb.
Məlumata görə, hadisə iyulun 23-ü, cümə axşamı günü İnçxe stansiyasındakı dəmir yolu keçidində baş verib. Sürücü avtomobili yaxınlaşmaqda olan şəhərətrafı qatarın qarşısına çıxarıb. Qatarın maşinisti təcili tormozlamadan istifadə etsə də, məsafə yetərli olmadığından toqquşmadan yayınmaq mümkün olmayıb.
Hesabatda hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Qatar relsdən çıxmayıb və baş verən qəza digər qatarların hərəkət qrafikinə təsir göstərməyib.
QAZİLER.AZ

