Rusiya ordusu Odessa vilayətinin Yujnı limanında Ukrayna Silahlı Qüvvələrinin infrastruktur obyektlərinə zərbələr endirib.
Rusiya ordusu gün ərzində Ukraynanın Odessa vilayətinin "Yujnı" limanında yanacaq-sürtkü materiallarının boşaldılması və saxlanılması üçün nəzərdə tutulan liman infrastrukturu obyektlərinə zərbələr endirib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 23-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hücum zamanı havadan bazalaşdırılan yüksək dəqiqlikli silahlardan istifadə olunduğunu dəqiqləşdirib.
"Yujnı" limanında ("Yujnı dəniz ticarət limanı" dövlət müəssisəsi) Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının boşaldılması və saxlanılması üçün istifadə olunan liman infrastrukturu obyektləri vurulub", - nazirlikdən bildirilib.
QAZİLER.AZ

