Rusiya qüvvələri Zaporojyedə çoxmərtəbəli binaya zərbə endirib. Zərbə nəticəsində insanlar binanın dağıntıları altında qalıblar.
Bu barədə RBC-Ukrayna Zaporojye Xüsusi Əməliyyatlar Komandanlığının rəisi İvan Fedorovun açıqlamasına istinadən məlumat yayıb.
İşğalçıların daha bir hücumu nəticəsində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.
Zərbə nəticəsində bina uçub. Mülki şəxslərin dağıntılar altında qaldığı bildirilir.
Hadisə yerində xilasetmə qrupları və təcili yardım xidmətləri işləyir. Xilasedicilər dağıntıları təmizləyir və yaralılara çatmağa çalışırlar.
QAZİLER.AZ

