"Siyasi motivli təqib": "Güclü Ermənistan" blokunun deputatı ittihamlara cavab verdi

"Siyasi motivli təqib": "Güclü Ermənistan" blokunun deputatı ittihamlara cavab verdi backend

İrəvanda müxalif "Güclü Ermənistan" blokundan seçilmiş deputat Narek Karapetyana qarşı cinayət təqibinə başlanılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğu iyulun 22-də məlumat yayıb.

Qaziler.az bildirir ki, "Sputnik Ermənistan"ın xəbərinə görə, prokuror Karapetyana qarşı açıq cinayət təqibi başladıb.

Prokurorluğun məlumatına görə, deputat toplantıların keçirilməsinə mane olmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında şübhəli bilinir. Karapetyan özü isə bu cinayət təqibini siyasi motivli adlandırıb.

O, yaydığı videomüraciətdə bildirib ki, müasir Ermənistanda siyasi iddia irəli sürmək artıq cinayət hesab olunur.

QAZİLER.AZ