Putin artıq ərazi mübadiləsini müzakirə etməyə hazır deyil və əvvəlki kimi bütün Donbası nəzarətə götürmək niyyətindədir.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" yazır.
Qəzetin məlumatına görə, Rusiya rəhbərliyi işğal olunmuş əraziləri Ukraynaya qaytarmaq fikrində deyil.
Almaniyanın "Bild" qəzeti yazır ki, bu, ilk növbədə Amerika vasitəçilərinin sülh razılaşmasına nail olmaq üçün mübadilə təklif etdiyi Sumı və Xarkov bölgələrinin kiçik ərazilərinə aiddir.
Rusiya tərəfi əvvəllər bu variantı müzakirə etməyə hazır olduğunu bildirmişdi, lakin indi ABŞ-la danışıqlar zamanı Alyaskada əldə edilən qeyri-rəsmi razılaşmaları etibarsız hesab edir. Kreml işğal olunmuş əraziləri bufer zona kimi saxlamaq istəyir. Bundan əlavə, Putin hələ də Donetsk vilayətinə tam nəzarət etməyə çalışır.
Görünür, o, danışıqları yalnız bundan sonra bərpa etmək niyyətindədir.
QAZİLER.AZ

