Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, "Reytinq" sosioloji qrupu tərəfindən 22 iyulda dərc edilən sorğunun nəticələrinə görə, ukraynalıların etimad reytinqlərində birinci yerdədir.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, keçmiş müdafiə naziri Mixail Fedorov 65% səslə ikinci, prezident aparatının rəhbəri Kiril Budanov isə üçüncü yerdədir.
Ukrayna prezidenti Volodimir Zelenski isə 59% səslə dördüncü yerdədir.
Sorğu 20-21 iyul tarixlərində 18 yaşdan yuxarı 1000 respondent arasında telefon müsahibələri vasitəsilə aparılıb. Səhv həddi 3,1%-i keçmir.
QAZİLER.AZ

