Rusiya dronları Zaporojyedəki mülki obyektlərə yenidən zərbələr
Yerli vaxtla saat 16:00 radələrində Zaporojye şəhərindəki qida sənayesi müəssisəsində Rusiya dronlarənın hücumu nəticəsində yanğın baş verib. Ölən və yaralananlar var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telekanalı Zaporojye Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorovun Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.
"Şəhərin üzərindən qalxan tüstü düşmənin Zaporojye şəhərinə hücumunun nəticəsidir", - deyə Fedorov aydınlıq gətirib.
Əvvəlcə yaralılar barədə məlumat verilməyib. Lakin bir saat sonra ilk xəsarət alanlar barədə məlumat verilib.
QAZİLER.AZ

