Məşhur rusiyalı jurnalist iyulun 26-da dəfn olunacaq

Məşhur rusiyalı jurnalist iyulun 26-da dəfn olunacaq backend

Rusiyalı jurnalist və televiziya aparıcısı Sergey Şoloxovun dəfn mərasimi iyulun 26-da Sankt-Peterburqda keçiriləcək.

Qaziler.az bildirir ki, bu barədə onun ögey oğlu, musiqiçi və şoumen Vsevolod Moskvin iyulun 21-də məlumat verib.

"Vida və dəfn mərasimi iyulun 26-da Sankt-Peterburqdakı Smolenskoye qəbiristanlığında keçiriləcək", - O, TASS-a bildirib.

Jurnalist iyulun 18-də 67 yaşında vəfat edib.

Şoloxov 1958-ci il sentyabrın 27-də Leninqradda anadan olub. 1986-cı ildə Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun əyani aspiranturasını bitirib. Ona məşhurluğu Leninqrad televiziyasının "Beşinci çarx" (Пятое колесо) proqramındakı fəaliyyəti, daha sonra isə müəllifi olduğu "Sakit ev" (Тихий дом) proqramı gətirib.

O, "İlin jurnalisti" nominasiyasında "Qızıl qələm – 96" mətbuat müsabiqəsinin laureatı, "Nika" kino akademiyasının akademikidir. 2023-cü ildə milli "Fiqaro" mükafatının "Qələm və qılınc ilə" xüsusi prizinə layiq görülüb.

QAZİLER.AZ