Ukrayna hərbçiləri Rusiyanın MiQ-29 təyyarəsini elə aerodromda məhv edib - VİDEO

Ukrayna hərbçiləri Rusiyanın MiQ-29 təyyarəsini elə aerodromda məhv edib - VİDEO backend

"Pantsir-S1" zenit-raket və top sistemi də vurulub.

Ukrayna hərbçiləri Kursk vilayətindəki aerodromda Rusiyaya məxsus MiG-29 qırıcı təyyarəsini məhv ediblər.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına istinadən məlumat yayır.

Qeyd olunur ki, "Çornıy les" (Qara meşə) 15-ci ayrıca artilleriya kəşfiyyat briqadası Rusiyanın Kursk vilayətindəki "Xalino" aerodromunda uğurlu əməliyyat keçirib.

"MiG-29 qırıcı təyyarəsi və "Pantsir-S1" zenit raket-top kompleksi vurulub", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin vurğulayıb ki, "ardı var".

QAZİLER.AZ