Böyük Britaniyanın yeni müdafiə naziri Ukrayna ilə bağlı ilk açıqlamasını verib - VİDEO

Böyük Britaniyanın yeni müdafiə naziri Ukrayna ilə bağlı ilk açıqlamasını verib -  VİDEO backend

Ues Stritinq yeni Baş nazir Endi Börnemin hökumətində Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib. O, dərhal Ukrayna ilə bağlı mövqeyini açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Endi Börnemin ofisinin açıqlamasına istinadən məlumat yayıb.

Ues Stritinq açıq şəkildə vurğulayıb ki, yeni Böyük Britaniya hökumətinin əsas prioriteti ölkənin təhlükəsizliyinin təmin edilməsidir.

Müdafiə naziri qeyd edib ki, belə bir vacib vəzifəni tutmaqdan şərəf duyur.

"Silahlı qüvvələrimizin lazımi resurslara sahib olmasını təmin edəcəyik və beynəlxalq müttəfiqlərimiz, xüsusən də Ukrayna ilə möhkəm şəkildə çiyin-çiyinə dayanacağıq.", - deyə Stritinq vurğulayıb.

Qeyd etmək lazımdır ki, Britaniyanın yeni Baş naziri Endi Börnem tez-tez Britaniya siyasətində Ukraynanın ən sadiq tərəfdarlarından biri kimi xatırlanır.

QAZİLER.AZ