Türkiyə S-400 məsələsi ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir.
Türkiyə Rusiya istehsalı olan S-400 mobil zenit-raket komplekslərinin (ZRK) təkrar ixracı (reexport) məsələsi ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir.
Qaziler.az bildirir ki, bu barədə iyulun 21-də ölkənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
"ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət templə davam edən prosesdə, keçmişə aid olan və üçüncü ölkələrlə bağlı məsələlərdə qarşılıqlı anlaşma və əməkdaşlıq barədə qərarlar mövcuddur", - "Türkiyə" qəzeti onun bu sözlərini sitat gətirir.
Qeyd olunur ki, Gülər bu fikirləri Türkiyənin Amerikanın F-35 çoxfunksiyalı qırıcı-bombardmançı təyyarələrinin istehsalı proqramına qayıtması yolundakı maneələrin aradan qaldırılması imkanlarını şərh edərkən bildirib.
Söhbət, mətndə izah edildiyi kimi, Türkiyə tərəfinin S-400 sistemlərini almasından sonra yarandığı iddia edilən çətinliklərdən gedir.
Türkiyənin milli müdafiə naziri dəqiqləşdirib ki, Ankaranın siyasəti hər zaman həssaslıqla, peşəkarlıqla və gələcəkdə yarana biləcək potensial təhdidlərin proqnozları nəzərə alınmaqla hazırlanır.
QAZİLER.AZ

