Ermənistanda fermerlər məhsul almaqda yaranan problemlərə görə İrana gedən yolu bağladılar

Ermənistanda fermerlər məhsul almaqda yaranan problemlərə görə İrana gedən yolu bağladılar backend

Ermənistandakı fermerlər şirkətlərin məhsullarını xaricdən alması ilə bağlı problemlərə diqqət çəkmək məqsədilə ölkəni İranla birləşdirən beynəlxalq magistral yolu bağlayıblar.

Qaziler.az bildirir ki, bu barədə 20 iyulda news.am məlumat verib.

"Fermerlər bu gün pomidor tədarükündəki problemlərə etiraz olaraq Yerevan-Yerask avtomobil yolunu bağlayıblar", - media orqanı bildirib.

Ararat bölgəsinin sakini Artak Harutyunyan tarlalarında 60 ton pomidor qaldığından şikayətlənib və emal zavodları bu pomidorları almaqdan imtina edib. O bildirib ki, rəhbərlik emal olunmuş məhsulları ixrac edə bilməmələrini əsas gətirir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan pomidor və xiyar tədarükü ilə bağlı mövcud problemləri həll edəcəyinə söz verib.

QAZİLER.AZ