Mediada yayılan məlumatlara görə, Ukraynanın dövlət başçısı keçmiş nazirə Milli Təhlükəsizlik və Müdafiə Şurasında vəzifə təklif edib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, keçmiş müdafiə naziri Mixaylo Fedorov yalnız Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə qayıtmağa hazırdır.
Bu barədə keçmiş nazirə yaxın məlumatlı mənbələr məlumat verib.
Bundan əlavə, nəşrin mənbələri Fedorova hərbi texnologiyaların inkişafı üzrə koordinator olan "miltech czar" vəzifəsinin təklif oluna biləcəyi ilə bağlı şayiələri təkzib edib.
Bu vəzifə əvvəllər mediada bildirilib. "miltech czar" termini müxtəlif dövlət qurumlarının işini əlaqələndirmək üçün geniş səlahiyyətlər verilmiş yüksək vəzifəli məmura aiddir.
QAZİLER.AZ

