Məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilində dahi şair Aleksandr Puşkinin "Yevgeni Onegin" mənzum romanını oxuduğunu bildirib.
Qaziler.az xəbər verir ki, erməni siyasətçinin sosial şəbəkə hesablarında bununla bağlı video paylaşılıb.
"Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanını bitirdim. Bəs siz nə oxuyursunuz?", — deyə siyasətçi izləyicilərinə müraciət edib.
Eyni zamanda, Ermənistanın Baş naziri tamaşaçılara SSRİ-də 1967-1977-ci illərdə rus dilində işıq üzü görmüş "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından olan cildi nümayiş etdirib.
Qeyd edək ki, Paşinyan iyulun 10-dan 29-nadək məzuniyyətdədir.
QAZİLER.AZ

