Ukrayna Silahlı Qüvvələri getdikcə daha çox düşmənin canlı qüvvəsini məhv edir.
Son 7 gün ərzində Rusiya ordusunun cəbhədə verdiyi itkilər nəzərəçarpacaq dərəcədə artıb. Əgər ötən həftə düşmənin orta hesabla sutkada 1100 hərbçisi ölür və yaralanırdısa, bu həftə həmin göstərici artıq 1400-ə çatıb.
Qaziler.az err-ə istinadən bildirir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin rəhbəri, polkovnik Ants Kiviselq bildirib.
Estoniya kəşfiyyatının məlumatına görə, hazırda cəbhənin ən gərgin istiqamətləri bunlardır:
- Konstantinovka istiqaməti;
- Pokrovsk istiqaməti;
- Liman istiqaməti.
Bununla yanaşı, Rusiya tərəfi Konstantinovkanın tam nəzarətə götürüldüyünü iddia etsə də, Estoniya kəşfiyyatının qiymətləndirməsinə görə, bu bəyanatlar həqiqəti əks etdirmir.
QAZİLER.AZ

