Umerov da səfir göndəriləcək? - Açıqlama

Umerov da səfir göndəriləcək? - Açıqlama backend

Umerovun ABŞ-da səfir ola biləcəyi ilə bağlı fərziyyələr var.

Rüstəm Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini itirəcək və onun yerinə İqor Klimenko təyin olunacaq. Umerovun gələcəyi prezident Volodimir Zelenski ilə ayrıca müzakirə olunacaq.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə prezidentin müşaviri Dmitri Litvin jurnalistlərə verdiyi açıqlamada bildirib.

Jurnalistlər Umerovun ABŞ-a səfir təyin oluna biləcəyini ehtimal edirdilər. Lakin Litvin bu cür fərziyyələri nə təsdiq, nə də təkzib edib.

"Rüstəmlə ayrıca müzakirə olacaq. Səfirlərlə bağlı bir daha deyə bilərəm ki, bir neçə səfirlikdə dəyişikliklərə hazırlıqlar gedir", - deyə o bildirib.

QAZİLER.AZ