Qazaxıstanda ölkəyə buğda idxalına altı ay müddətinə qadağa tətbiq edilib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 17-də PRG.Zanger saytında dərc edilmiş sənəddə bildirilir.
“Üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərdən avtomobil, su və dəmir yolu nəqliyyatı ilə Qazaxıstan Respublikası ərazisinə buğda idxalına altı ay müddətinə qadağa tətbiq edilsin”, - Sənəddə deyilir.
Qadağada istisna olaraq, quşçuluq və taxıl emalı müəssisələrinin maraqları naminə dəmir yolu ilə həyata keçirilən buğda idxalına icazə verilir.
Qeyd edilir ki, adı çəkilən hüquqi şəxslərin təminatı üçün idxal edilən buğda daxili və xarici bazarlarda satışa çıxarıla bilməz.
Bu qərarın qəbul edilməsinə səbəb olan amillər barədə isə məlumat verilməyib.
QAZİLER.AZ

