Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 13 iyulda keçirilən görüşdə Almaniya səfiri Aleksandr Qraf Lambsdorfla əl sıxmaqdan imtina etdiyini təsdiqləyib.
Qaziler.az bildirir ki, diplomatik qurumun sözçüsü Lenta.ru-nun sualına cavab olaraq bunu təsdiqləyib.
"Bəli, doğrudur", - deyə diplomat Almaniya səfirinin açıqlamasını şərh edərkən bildirib.
16 iyulda Lambsdorff vəzifəsindən ayrılmazdan əvvəl "Der Spiegel"ə verdiyi müsahibədə Zaxarovanın görüşün əvvəlində Rusiya Xarici İşlər Nazirliyinə çağırıldıqda əl sıxmaqdan imtina etdiyini bildirib. Səfir həmçinin bu cür tədbirlərdəki atmosferi "olduqca soyuq" adlandırıb.
Lambsdorff 2023-cü ildən bəri Almaniyanın Rusiyadakı səfiri vəzifəsində çalışır. Onun yeni təyinatı İsraildə səfirdir.
Çin, Yaponiya və Meksikadakı keçmiş səfir Klemens fon Qetze Moskvadakı Almaniya missiyasının yeni rəhbəri təyin edilib.
QAZİLER.AZ

