Dövlət başçısının İctimai Rəy Fondunun (FOM) saytında dərc olunmuş yenilənmiş reytinqinə görə, Vladimir Putinin Rusiya Prezidenti kimi fəaliyyəti Rusiya vətəndaşlarının 66 faizi tərəfindən bəyənilir.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru məlumat yayıb.
Respondentlərin on altı faizi Putinin fəaliyyəti ilə bağlı əks fikirdədir, digər 17 faizi isə əmin deyil.
Məlumata görə, Respondentlərin altmış yeddi faizi dövlət başçısına etibar etdiyini bildirib.
İyirmi faizi prezidentə etibar etməyib, 14 faizi isə qərarsız qalıb.
FOM-un yaydığı məlumata görə, sorğu iyulun 10-dan 12-dək Rusiyanın 51 regionunun 97 yaşayış məntəqəsində aparılıb. Burada yaşı 18-dən yuxarı olan 1,5 min nəfər iştirak edib.
QAZİLER.AZ

