Rusiya məktəblərində yeni tədris ilindən ibtidai hərbi hazırlığın tətbiq edilməsinə qərar verilib

Rusiya məktəblərində yeni tədris ilindən ibtidai hərbi hazırlığın tətbiq edilməsinə qərar verilib backend

2026-cı il, sentyabrın 1-dən Rusiya məktəblərində ibtidai hərbi hazırlıq tətbiq olunacaq.

Qaziler.az bildirir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yeni dərs ilindən Rusiya məktəblərində "Vətənin təhlükəsizliyi və müdafiəsinin əsasları" fənni üzrə modul sisteminin iki ayrıca məcburi kursla əvəz edilməsinə qərar verilib: "Həyat fəaliyyətinin təhlükəsizliyi" və "İbtidai hərbi hazırlıq".

Fənlərin hər birinə 34 dərs saatı ayrılacaq.

Yeni fənn səkkizinci və doqquzuncu sinif şagirdlərinə tədris olunacaq.

Dərslərdə uşaqlara ekstremizm və terrorizmlə mübarizə barədə məlumat veriləcək, həmçinin ilk tibbi yardımın göstərilməsi üzrə praktiki məşğələlər keçiriləcək.

Bundan əlavə, hərbi xidmətə hazırlıq, hərbi nizam-intizam, ibtidai sıra fəndlərinin mənimsənilməsi və ümumhərbi nizamnamələrlə tanışlığa həsr olunmuş bölmələr də olacaq.