İyulun 16-da səhər tezdən Qazaxıstanın Kokşetau şəhər sakinləri avtobussuz qalıblar. Sürücülər maaşların az olması və üstəlik onun da vaxtında ödənilməməsi səbəbindən marşrutlara çıxmaqdan imtina ediblər.
Qaziler.az birir ki, bu barədə Zakon.kz məlumat yayıb.
KTK telekanalının məlumatına görə, sürücülərin və konduktorların əməkhaqqı bir həftə gecikdirilib.
“Özünüz hesablayın, 200 min tenge maaşdırmı? Məzuniyyətə çıxanda həmin 200 mindən də tutulur. Mənə verilən məzuniyyət pulu 24 iş günü üçün normal məbləğdirmi? Bizim tələbimiz odur ki, gördüyümüz işə layiq maaş verilsin”, – deyə sürücü Yesengeldi Kairbekov bildirib.
Avtopark rəhbərliyi vəziyyəti akimatın subsidiyaların ayrılmasını gecikdirməsi ilə izah edib. Bildirilib ki, əməkhaqları və vergilər məhz büdcədən ayrılan subsidiyalar hesabına ödənilir. Müəssisənin öz gəlirləri isə yalnız ehtiyat hissələri və dizel yanacağının alınmasına kifayət edir.
Sürücülər işə çıxmaqdan imtina etdikdən sonra yerli rəsmilər subsidiyaların elə həmin gün köçürüləcəyini və əməkdaşların maaşlarını tam alacağını vəd ediblər. Lakin maaşların artırılması məsələsi hələ də açıq qalır.
QAZİLER.AZ

