Səhər saatlarında Ukraynanın Sumı şəhərinə idarəolunan aviasiya bombaları ilə endirilən zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələrinin hücumu nəticəsində üç nəfər həlak olub. Onlar 75 yaşlı qadın, eləcə də 54 və 77 yaşlı iki kişidir.
“Xəsarət alanların sayı 21 nəfərdir. Hazırda onlardan 8-i xəstəxanadadır, onların arasında iki uşaq da var. Dörd yaralının vəziyyəti ağırdır: 16 yaşlı yeniyetmə, 75 yaşlı qadın, həmçinin 62 və 35 yaşlı iki kişi. Onlar əməliyyat olunublar”, – deyə Qriqorov bildirib.
QAZİLER.AZ

